İki avtomobil toqquşub, xəsarət alanlar var - QAZAXDA

  • By admin
  • 04 Avqust 2017 20:17

yollllllllllllllllllllllllllllllllll

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun 476-cı kilometrliyində, Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Gununsesi.info