İki ayda iqtisadiyyata 1.8 milyard sərmayə qoyulub

İki ayda iqtisadiyyata 1.8 milyard sərmayə qoyulub

Bu ilin iki ayında ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 1 milyard 824 milyon manat təşkil edib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istənadən xəbər verir.

Ötən ilin müvafiq dövrü ilə əsas kapital qoyuluşu 18.2 faiz azalıb. “Statkom”un məlumatına görə, istifadə olunmuş vəsaitin 1 milyard 446 milyon manatı və ya 79,3 faizi məhsul istehsalı obyektlərinin, 270,8 milyon manatı (14,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 107,1 milyon manatı (5,9 faizi) isə ümumi sahəsi 242,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 927,3 milyon manatını və ya 50,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 366,5 milyon manatı və ya 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Vüsalə

Gununsesi.info

COMMENTS