İki bacanaq birləşib oğurluq etdilər - FOTOLAR

  • By admin
  • 04 Oktyabr 2016 14:56

ogurluq1

Samux rayon Qarayeri qəsəbə sakini Ceyran Mustafayevanın yaşadığı mənzildən oğurluq edənlər bu əməlinə əməlli başlı peşman olub.

Gününsəsi.info xəbər verir ki,  Çağırılmamış qonaqlar mənzildən xeyli miqdarda qızıl zinət əşyalarını, 3 ədəd mobil telefonu və 100 manatdan çox nəğd pulu ələ keçiriblər. Lakin Samux polis hadisəni törədənlərin uzağa getməsinə imkan verməyib. Saxlanılaraq şöbəyə gətirilənlərdən Zeynal Zeynalov və Əli Ağayev bacanaq, Tural Hüseynovun isə zərərçəkənin qonşusu olduğu məlum olub. Oğurluq təklifi isə əvvəllər bu əməlinə görə məhkumluq həayatı yaşayan və bu ilin mart ayında azadlığa çıxan Turaldan gəlib. Bacanaqlar da əməllərini səmimi etiraf edib. Onların təəsüfləndiyi isə əldə etdikləri qızıl zinət əşayasından bir qisminin metal çıxmasıdır.  Hazırda bacanaqlarla əlbir olan keçmiş məhbusun rayonun Qarayeri qəsəbəsində, eləcə də digər ərazilərdə kimlərə ziyan vurduğu araşdırılır.

 

ogurluq

Gününsəsi.info