İki bacı dənizdə boğuldu - FACİƏ

  • By admin
  • 03 Avqust 2016 10:59

deniz

 

Bakıda iki bacı dənizdə batıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb. Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.

 

Gununsesi.info