İki bank zərərini açıqladı

  • By admin
  • 18 İyul 2016 14:53

bank

 

Gununsesi.info xəbər verir ki, «Rabitəbank» ASC  2015-ci ili 9, 691 mln. manatlıq zərərlə başa vurub. Bu barədə bankın yaydığı maliyyə hesabatında deyilir. Bu göstərici 2014 cü illə  müqayisədə 12,92 mln. manat azdır, həmin dövr üçün bank 3,231 mln. manat olmuşdu.

2015-ci il üzrə bankın cəmi aktivləri, 134,126 mln. manat və ya 45,25% artaraq, 430 mln. 537 min manat təşkil edib. Bankın kredit portfeli isə, 12,202 mln. manat və ya 5,60% azalıb. Hesabat dövründə bu göstərici 205 mln. 826 min manata bərabər olub.

Hesabat dövründə «Rabitəbank»ın cəmi öhdəlikləri 389 mln. 179 min manat təşkil edib. Bu isə 2014-cü illə müqayisədə 143 mln. 919 min manat və ya 58,68% çoxdur. Depozit portfeli isə 106 mln. 442 min manat və ya 52,54% azalaraq, 309 mln. 53 min manata bərabər olub.

Gununsesi.info