İki deputatın toxunulmazlığı götürüldü - SEÇKİ YAXINLAŞDIQCA ƏRDOĞAN BASQILARI ARTIRIR

  • By admin
  • 02 Mart 2023 15:47

ƏRDOĞAN SEÇKİQABAĞI MÜXALİFƏTİ ƏZİR

Türkiyə Böyük Milıət Məclisinin Ədalət və Konstitusiya Komitəsi iki müxalif deputatın toxunulmazlıq statsunu ləğv edib.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, CHP Mersin Millət vəkili Əli Mahir Başarır və İYİ Partiya Kocaeli millət vəkili Lütfü Türkkanın toxunulmazlıqlarının götürülməsi barədə qərar Məclisə təqdim olunacaq.

Hər iki deputat bu qərarın əleyhinə çıxıb.

Qeyd edək ki, Əli Mahir Başarir barəsində “Yalova 2-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə prosesə müdaxilə etdiyi”, Lütfü Türkkanın barəsində isə “şəhidlərin yaxınlarını təhqir etdiyi” iddiası ilə protokol tərtib edilib.

Tərcümə:

Afət Abbasova