İki dövlət başçısı mədəniyyət və incəsənətdə də anlaşdılar

  • By admin
  • 14 İyul 2016 13:04

petro

 

Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb. Gununsesi.info xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov  hava nəqliyyatı vasitəsilə malların daşınması zamanı baş verən gömrük pozuntuları ilə mübarizədə gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında sənədə imza atıblar.

İki ölkənin müvafiq nazirlikləri arasında 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair proqram imzalanıb.

Daha sonra Azərbaycan prezidenti İlham Əlyev və Ukrayna prezidenti Petro Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.

 

Gununsesi.info