İki erməni biznesmen qətlə yetirildi

  • By admin
  • 09 Mart 2017 17:16
qetl1
Hadisə Rusiyanın Krasnodar diyarının Armavir şəhərində baş verib.
Gununsesi.info “Dni24”-ə istinadən xəbər verir ki, Armavir şəhərində  hündürmərtəbəli binanın liftində  iki erməni iş adamı güllələnib.
Bunlardan biri 1966-ci il təvəllüdlü Ermənistan vətəndaşıdır. Digəri də erməni və Ermənistan vətəndaşı olsa da,  onun hələlik şəxsiyyəti bəlli etmək mümkün olmayıb. Bu şəxslər topdan satış ticarət ilə məşğul olublar. Onlar əsasən Moskvadan mal gətirərək Armavirda satırmışlar.
Qətlə yetirilən şəxsi yaxınlardan  bildiriblər ki, ələn şəxsin külli miqdarda pulu olub və Moskvaya yeni partiya mal gətirmək üçün gedəcəkmiş. Hadisə ilə bağlı cinayət işi başlanılıb və hadisənin təfərrüatı, eyni zamanda ikinci  ölənin şəxsiyyətini araşdırmaqla məşğuldur.
Gununsesi.info