
Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 37 kv/m olan təmirə dayanmış qadın məsləhətxanasının döşəməsi 0,5 kv/m sahədə və döşəmənin altında quraşdırılmış 3 ədəd elektrik açarı yanıb.
Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, qadın məsləhətxanasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Nərimanov rayonunda isə vətəndaşa məxsus, ümumi sahəsi 80 kv/m olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 120 kv/m olan, ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın tavanı və əşyaları 30 kv/m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info