Tovuzda iki evdə yanğın olub.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanan evlərdən biri Vidadi Allahverdiyevə məxsus olub. Hadisə yerinə gələn 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin səyi nəticəsində alov söndürülüb.
Qeyd edək ki, yanğın baş vermiş evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.
Qovlarda baş verən başqa bir yanğın hadisəsi isə Tovuz rayonunda yerləşən Dövlət Yol Polisinin 10 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Xəqani Əsgərovun mənzilində baş verib. Ora 2 yanğın söndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib.
Gununsesi.info