Fransa ordusuna məxsus iki helikopter Mali səmasında toqquşub.
Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə AFP məlumat verib.
Helikopterlərin toqquşması zamanı 13 hərbçi həlak olub.
Fransa prezidenti Emmanuel Makron qəzadan dərin kədərləndiyini açıqlayıb.
Qeyd edək ki, Fransa 2014-cü ildə başlatdığı “Barkhane” əməliyyatı çərçivəsində Mavritaniya, Mali, Burkina Faso, Niger və Çad ölkələrinə 4 min əsgər yerləşdirib.