“Marşal” bayraqlı OMEGA gəmisi Şanxay sahillərində MIRABELLA adlı gəmi ilə toqquşma nəticəsində batıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi yanında Dənizçilik Baş İdarəsi məlumat yayıb
Məlumata görə, 16-sı Türkiyə vətəndaşı olan 21 dənizçi xilasedici qayıqla gəmini tərk edərək qəzaya uğrayan gəmi tərəfindən dənizdən xilas edilib.
Sözügedən toqquşmanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi bildirilib.
Gununsesi.info