İki gəmi toqquşdu - 7 NƏFƏR İTKİN DÜŞÜB

  • By admin
  • 17 İyun 2017 10:19

01

Yaponiyanın ərazi sularında üzən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzqerald” adlı hərbi gəmi, Yaponiyanın ticarət gəmisiylə toqquşub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər əsgər yaralanıb, 7 nəfər əsgər isə itkin düşüb.

Belə ki, Amerika mətbuatında yer alan xəbərlərə görə, hərbi gəminin ticarət gəmisiylə toqquşduğu an “USS Fitzqerald” gəmisi ciddi zədələnib. Nəticədə hərbi gəminin içinə su dolub.

Qeyd edək ki, dərhal hadisənin baş verdiyi əraziyə dəniz və hava yolu ilə ilk tibbi yardım və axtarış-xilasetmə qrupları göndərilib.

Anar

Gununsesi.info