İki generala şəhərin məkəzində mənzil verilib

  • By admin
  • 17 Yanvar 2024 13:21

 Vətən müharibəsində göstərdiyi hünər və şücayətlə şöhrət qazanmış Azərbaycan ordusunun  generalları – Hikmət Mirzəyev və Mais Bərxudarova Bakı şəhərində mənzil hədiyyə olunub.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, generalllara verilən 4 otaqlı, tam təmirli mənzil paytaxtın mərkəzində yerləşir.

Qeyd edək ki, torpaqların işğaldan azad olunmasında göstərdikləri xidmətlərə görə, Hikmət Mirzəyev və Mais Bərxudarov xüsusi ali hərbi rütbə ilə yanaşı dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.

Ötən həftə Prezident İlham Əliyev general-leytenant Hikmət Mirəzyevi Müdafiə nazirinin müavini və Quru Qoşunların komandanı vəzifəsinə təyin edib.

 

Elmar

Gununsesi.info