İki gözəl insan: Zəlzələ qurbanı ona göndərilən paltoda unudulan pul kisəsini sahibinə geri qaytardı -VİDEO

Türkiyənin Rize vilayətinin Ardeşen rayonundan bir vətəndaş Malatyanın Yeşilyurt rayonundakı zəlzələ bölgəsinə kömək üçün öz paltosunu göndərib.

Lakin paltosunda avtomobilinin açarını və pul kisəsini unudub.

Paltonu alan zəlzələ qurbanı paltonun cibində pulla dolu pul kisəsi və avtomobilin açarını tapıb və tapdıqlarını məhəllə muxtarına təslim edib.

Vətəndaş tərəfindən unudulmuş əşyaları təslim alan muxtar rayonun mərkəzində qurulan Ardeşen yardım çadırına gedib və əmanətləri Ardeşen Bələdiyyəsi sədrinin müavini Kənan Hatipoğluna çatdırıb.

Gununsesi.info