İki gün ərzində Azərbaycanda 6 nəfər intihar edib

  • By admin
  • 03 Fevral 2017 23:01

intihar

 

Fevralın 2-si və 3-də ölkə ərazisində 7 nəfərin özünə qəsd etdiyi bildirilir. Onlardan birini xəstəxanaya çatdırmaq mümkün olub, onun sağlıq durumunun isə kritik olduğu deyilir.

APA-nın xəbərinə görə, fevralın 2-də Şabranda 28 yaşlı Elvin Məmmədov canına qıyıb.

İsmayıllıda isə Cülyan kənd sakini, 52 yaşlı Çingiz Bəbirovun yaşadığı evdə sirkə turşusu içərək canına qəsd etdiyi xəbəri verilir.

Həmin rayonda eyni gündə Qalacıq kənd sakini, 1965-ci il təvəllüdlü həkim Çingiz Bədirovun yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürdüyü söylənir. Ailə üzvləri onun həyatını xilas etməyə çalışsalar da buna nail ola bilməyiblər.

Hər 3 olayın səbəbi açıqlanmır.

Fevralın 3-də isə Hacıqabulda 25 yaşlı Ayşən Mehdiyevanın üzərinə neft tökərək od vurduğu bildirilir. Ailə münaqişəsi zəminində intihara cəhd etdiyi deyilən A.Mehdiyevanı Bakıya gətiriblər. Ancaq onun durumu kritikdir.

Bakıda isə 54 yaşlı Xocəsən qəsəbəsi sakininin intihar etdiyi bildirilir. 1963-cü il təvəllüdlü Eldar Hümbətovun Çiçək yaşayış massivindəki evin həyətində asılmış meyiti aşkarlanıb.

Nardaranda da 52 yaşlı qəsəbə sakini Mehman Tağıyevin canına qəsd etdiyi deyilir.

Lənkəran rayonunun Osakücə kəndində isə iki uşaq anası, 32 yaşlı Xalidə Həbibovanın asılmış meyiti tapılıb.

Bu olayların da, hələlik, səbəbləri açıqlanmır. 7 fakt üzrə də araşdırma gedir.

Xatırlatma

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov “Report”un sorğusuna cavab olaraq bildirib ki, ötən ilin 9 ayı ərzində Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb.

Ekspertlər Azərbaycanda intiharlarla bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda rəsmi qurumlar intiharların gerçək səbəblərini gizlədirlər.

 

Gununsesi.info