İki Hizbullah komandiri öldürülüb

Livanın “Hizbullah” hərəkatının iki komandiri İsrail Müdafiə Qüvvələrinin Beyrutun kənarında endirdiyi zərbənin qurbanı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Haret-Horeik rayonunun administrasiyası xəbər verib.

Bildirilib ki, İDF zərbəsi Beyrutun cənub ətraflarında Hizbullah qərargahından 100 metr aralıda, Bəhmən xəstəxanasının yerləşdiyi ərazidə həyata keçirilib.

Məlumata əsasən raketlərin düşdüyü yerdə bir neçə ev dağılıb, park edilmiş avtomobillərə isə ziyan dəyib.

Bundan əvvəl İsrail ordusu Beyrutun ətrafına hücum elan etmişdi.

Qeyd edilib ki, bu, Məcdəl Şəmsdə mülki itkilərə cavabdeh olan “komandirə qarşı məqsədyönlü zərbədir”.

İsrail Müdafiə Nazirliyinin rəhbəri Joab Qalant İsrailin Beyruta endirdiyi zərbəni şərh edərkən Hizbullahın qırmızı xətti keçdiyini bildirib.

 

 

Şəbnəm

Gununsesi.info