İki il əvvəl ailə quran 25 yaşlı gənc intihar etdi

  • By admin
  • 16 Avqust 2016 22:03

intihar_23e75646

Qaxda iki il əvvəl ailə quran 25 yaşlı gənc intihar edib.

Gununsesi.info-nun APA-nın Şəki-Zaqatala bürosuna istinadən məlumatına görə, bu gün axşam saat 19 radələrində rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədlinin meyiti kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında  nar ağacından asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı 25 yaşlı Şahin Məmmədlinin hələlik istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info