İki il öncə Məmmədyarovun qonağı olmuş Misir qubernatoru Qarabağ separatçısını qəbul etdi

  • By admin
  • 20 Dekabr 2019 19:22
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı terrorçu rejimin “xarici işləri”nin nəzarətçisi Masis Mailyan dekabrın 16-18-də “işgüzar” səfərlə Misir Ərəb Respublikasında işgüzar səfərdə olub.
Gununsesi.org xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə,  M.Mailyan “Misirdə bir sıra işgüzar dairələrin nümayəndələri ilə görüşüb”.
Səfər zamanı separatçı-terrorçu rejim nümayəndəsini Misirin Cənubi Sinay Vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmməd də qəbul edib. M.Mailyan “Misir hakimiyyətinin erməni icmasına ənənəvi dostluq münasibətini yüksək qiymətləndirib, ölkənin inkişafında ermənilərin mühüm töhfəsini və rolunu qeyd edib”.
Görüş zamanı separatçı rejimin «baş diplomat”ı qondarma “respublikanın iqtisadi inkişafının prioritet sahələrini təqdim edib. Bu çərçivədə M.Mailyan, xüsusilə, turizm sektorunu diqqətə çatdıraraq Qarabağın turistik cəlbediciliyinin artırılmasına yönəldilmiş və olduqca qənaətbəxş nəticələr verən müxtəlif təşəbbüslərə toxunub”.
Separatçı rejim nümayəndəsi  rejimin nəzarət etdiyi Azərbaycan ərazisində “vergi siyasətini və böyük investorlara güzəştli şərtləri təqdim edib”. Rejim “iqtisadiyyatının bəzi sahələrinə investisiya qoyuluşunun perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb”…
Görüşün sonunda Misirin Cənubu Sinay vilayəti ilə separatçı erməni rejimi arasında “turizm, mədəniyyət və idman sahələrində əməkdaşlığın qurulması və inkişafı barədə razılıqlar əldə edilib”.
 
Gununsesi.org