Bu gecə İordan çayının Qərb sahilində patrul xidməti aparan iki israilli zabit səhvən öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bu gecə SAXAL-ın (İsrailin Müdafiə Ordusu – red.) iki zabiti İordan çayının Qərb sahilindəki bazanın yaxınlığında patrul xidməti apararkən həlak olublar. Zabitlər yanlış tanınıb və səhvən SAXAL-ın digər hərbçiləri tərəfindən açılan atəş nəticəsində öldürülüb”.
Hadisə ilə bağlı həlak olanların ailələrinə məlumat verildiyi bildirilir.
Gununsesi.info