İki konqresmendən Trampın impiçmentinə çağırış

  • By admin
  • 12 İyul 2017 23:52

tramp-5

ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə B.Şermanın yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi iddiaları barədə araşdırmanı Federal Təhqiqatlar Bürosu, Senat və Konqresin Nümayəndələr Palatasının  kəşfiyyat üzrə xüsusi komitələri aparır.  Bundan əlavə, may ayında Ədliyyə nazirliyiFTB-nin sabiq direktoru Robert Mülleri məsələ ilə bağlı xüsusi araşdırmaçı təyin edib.

Gununsesi.info