Bakıda və Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, Qaradağ rayonunda “Hyundai” markalı avtomobil yol kənarına aşıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Şəmkir rayonu ərazisində “Mercedes” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb.
Hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.