Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hindistana rəsmi səfərində maraqlı və diqqətçəkən bir məqam yaşanıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Ərdoğanla Hindistana səfər edən nümayəndə heyətin tərkibində AKP-lillər yanaşı, iki nəfər müxalif MHP-li millət vəkili də var.
Bunlar MHP-nin qrup başqanvəkili Ərhan Usta və tanınmış futbolçu, MHP-nin Kocaeli millət vəkili Saffet Sancaqlıdır.
MHP-lilərin Ərdoğanla birgə Hindistana səfəri isə artıq Türkiyənin siyasi kluarlarında yenidən AKP-MHP koalisiyası məsələsini gündəmə gətirib.
Belə ki, dolaşan xəbərlərə görə, yaxın zamanlarda yenidən formalaşacaq hökumətin-Nazirlər Kabinetinin tərkibində ən azı iki posta MHP-li təyinat ala bilər və təyinat alacaq şəxslər də məhz adları çəkilən millət vəkilləri ola bilər.
Hələlik nə APK, nə MHP tərəfindən bu xəbərlər nə təsdiq, nə də təkzib olunub.
KAMİL
Gununsesi.info