İki minik avtomobili toqquşdu: 6 nəfər xəsarət aldı

  • By admin
  • 01 Yanvar 2017 21:04

qeza-imisli

 

İmişli rayonunun Bəhrəmətəpə qəsəbəsi ərazisində VAZ 2104 və QAZ 24 markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Gununsesi.info-nun məlumatına görə, qəza nəticəsində VAZ 2104 markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qurbanzadə Arazbəyli Qurban oğlu və QAZ 24 avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev İbrahim Habil oğlu, o cümlədən 1972-ci il təvəllüdlü Əliyeva Şölə Qismətəli qızı, 1983-cü il təvəllüdlü Əliyeva Ülviyyə İsfəndiyar qızı, 1971-ci il təvəllüdlü Əliyev Vasif Qismətəli oğlu, 1971-ci il təvəllüdlü Əkbərzadə Sənan Miri oğlu müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.info