İki müxalifət lideri həbs edildi- Veneseulada

  • By admin
  • 01 Avqust 2017 20:45

venezuelajpg-20-21-40

Veneseulada bazaar günü baş tutan seçkilərdən sonra müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında gərginlik daha da artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmalar zamanı 10 nəfər ölüb, onlarla insan isə yaralanıb.

Polislər geri addım atmaq istəməyən etirazçılara qarşı sərt tədbirlər görür, həmçinin, bir çox insanı da həbs edir. Həbs edilənlər sırasına bu gün müxalifət liderləri Leopoldo Lopez və Antonio Ledezma da qatılıb. Onlar ev həbsinə salınıb və çölə çıxmalarına imkan verilmir.

Qeyd edək ki, ölkədə mart ayından bəri gərginlik davam edir və etiraz askiyaları səngimək bilmir. Bu günə qədər 120 nəfər aksiyalarda ölüb.

Bazar günü keçirilən seçkilərdə 18 milyon seçicinin olduğu ölkədə yalnız 41% seçkilərdə iştirak edib. Heç bir müxalifət nümayəndəsi seçkilərdə namizədliyini irəli sürməyib və 545 deputatın hamısı hakim partiya üzvlərindən seçilib.

 

Gununsesi.info