67 yaşlı Nanci Caviya və 60 yaşlı Arvinq Kubavat həbs olunublar. Onlar yoxsul ailədən olan 11 yaşlı qızı pulla şirnikləndirərək zorlamaqda suçlanırlar.
Gununsesi.info NDTV-yə istinadən bildirir ki, təcavüz olayı Hindistanın Qucarat ştatındakı Rackot şəhərində, Babariya səmtində 9 ay əvvəl baş vermişdi.
Polisin apardığı təhqiqat nəticəsində əxlaqsız qocalar dünən həbs olunublar.
11 yaşlı qız hamilə qalanda onun valideynləri övladlarının təcavüzə məruz qaldığını anlayıblar. Qız qorxudulduğu üçün başına gətirilənləri ata-anasına deməmişdi.
“Qız hamiləliyin 8-ci ayında olanda valideynlər hər şeyi başa düşüblər. Qızın atası əlil olduğundan işsizdir, anası isə bazarda süpürgəçilik edir. Qız hadisəni gizlətsə də, sonradan başına gələnləri anasına danışıb”, – Baxtinaqar polis idarəsinin açıqlamasında deyilir.
11 yaşlı qız indi hamiləliyin son ayındadır.
Gununsesi.info