İki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

  • By admin
  • 27 Fevral 2017 12:07

elek

Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, Füzuli rayonunun 2-ci Zobucuq qəsəbəsində yaşayan Yaqut Hüseynova və Qusar rayonunun Yeni Həyat kəndində yaşayan Qadir Ağayev elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info