
Bir neçə gün əvvəl Bakının Nardaran-Bilgəh yolunda 2 nəfərin ölümü , bir nəfərin də ağır yaralanmaszı ilə nəticələnən yol qəzasının istintaqı ilə bağlı narazılıq yaranıb.
Hadisədə həlak olanların yaxınları iddia edir ki, qəzadakı Range-Rover markalı maşının sürücüsü istintaqdan gizlədilib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına yazılan şikayətin bir nüsxəsi də Gununsesi.info-ya təqdim edilib.
Həmin şikayəti olduğu kimi təqdim edirik:
Yazıb, bildiririk ki, 8 oktyabr 2022-ci il saat 21.00-22.00 radələrində övladladımın idarə etdiyi KİA RİO markalı avtomobili ikinci dərəcəli Nardaran-Bilgəh yolunda öz zolağı ilə hərəkətdə olan zaman qarşıdan gələn yüksək sürətli 10-DF-090 dövlət nişanlı qara RANGE-ROVER markalı maşın vurmuşdur. Hadisədən sonra nömrələrini sökərək hadisə yerindən qaçmışlar.
Sonradan bizə məlum oldu ki, hadisəni törədən FHN-nın keçmiş yüksək rütbəli məmuru polkovnik Əliyev Elşən Helmi oğlu indi isə FHN-nin hansısa MMC şirkətində rəhbər işdə işləyir. Cinayəti gizlətmək üçün öz yerinə Beydulla Babayev adlı şəxsi göndərmişdir.
Hadisə nəticəsində Kia markalı maşında olan Zülfüqarov Zülfüqar Elçin oğlu və Süleymanlı Ayxan Nizami oğlu həlak olub.
Oğlum Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb və hal-hazırda 18 gündür ki, komadadır. Hadisənin cinayətin törədilməsinə 18 gün keçməsinə baxmayaraq, Sabunçu rayon Polis şöbəsində istintaq qərəzli apararılır. Müstəntiq Kənan Kərimli bu işi obyektiv araşdırmır.
18 gündür ki mənim oğlum komadan ayılmayıb. Dostarı isə hadisə yerindəcə dünyasını dəyişiblər. Qarşı tərəfdən nə zərərçəkənin, nə də yas yerinə gəlmişdir.
Sanki heç bir hadisə törətməmiş iki insanın həyatına son qoymamışdır.
Övladımın isə komadan ayılması şübhə altındadır.
Qeyd etdiklərimizi nəzərə alaraq, Sizdən xahiş edirik ki, övladımızın qanı yerdə qalmasın, işin araşdırılmasını nəzarətə götürülməsinə və vəsatətlərimizin təmin olunmasında bizə köməklik göstərəsiniz.
Gununsesi.info iddiada adı hallanan Elşən Əliyevlə danışa bilib.
FHN-də çalışmasını təkzib edən Əliyev deyib ki, olay zamanı başqa yerdə olmasını əms etdirən görüntüləri istintaqa təhvil verib:
”Maşın etibarnmə ilə başqa şəxsdə olub. Mən istintaqda dəfələrlə olmuşam. İzahatlar vermişəm, istintaq üçün vacib olan sübutları təqdim etmişəm. Həmin zaman harada olmağımın da görüntülərini təqdim etmişəm”.
DİN-nin Şöbə rəisi Elşad Hacıyev də Gununsesi.info-ya açıqlamasında qəza ilə bağlı hərtərəfli , obyektiv araşdırma aparılır: “Onlar Polis İdarəsinin rəisi səviyyəsində qəbul olunublar. Bütün narazı qaldıqları məqamlara aydınlıq gətirilib. Hazırda da istintaq davam edir”.
Günay
Gununsesi.info