
Pakistanın Kəşmir sərhədi yaxınlığında hava sahəsini pozan Hindistana məxsus 4 pərvanəli robot helikopter vurulub.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Pakistan Müdafiə Nazirliyindən bildirilib.
İslamabad hökumətinin bəyanatında da iddia olunur ki, Hindistana məxsus cəsus pilotsuz hərbi təyyarə ölkə ərazisinin şəklini çəkirmiş.
Gununsesi.info