Böyük Britaniyanın baş naziri Rişi Sunak Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşünü ləğv edib.
Gununsesi.info xəbər verir ki, Mitsotakis görüşün ləğvinə münasibətini bildirən açıqlama verib.
“Böyük Britaniyanın baş nazirinin görüşdən saatlar əvvəl planlaşdırılan görüşümüzü ləğv etməsindən narahat olduğumu bildirirəm”, – deyə o bildirib.
Yunanıstan və İngiltərə arasında tarixi dostluq bağlarının olduğunu deyən Mitsotakis, iki ölkə arasındakı əlaqələrin çərçivəsinin son dərəcə geniş olduğunu bildirib.
“Yunanıstanın Elgin Mərmərləri ilə bağlı fikirləri aydındır. Ümid edərdim ki, Britaniyalı həmkarımla Qəzza, Ukrayna, iqlim böhranı və miqrasiya kimi beynəlxalq gündəmdə olan böyük məsələlər və bunlar haqqında danışmaq imkanım olacaq. Öz fikirlərinin düzgün və ədalətli olduğuna inanan insan heç vaxt baxışların toqquşmasından qorxmaz, – deyə o əlavə edib.
Yunanıstanın hökumətindən şənbə günü verilən açıqlamada İngiltərəyə üç günlük səfər edəcək Mitsotakisin çərşənbə axşamı yerli vaxtla saat 12.45-də Sunak ilə görüşəcəyi açıqlanıb.
Dünən axşam saatlarında Mitsotakis İngiltərədəki ana müxalifət İşçi Partiyasının lideri Keir Starmer ilə görüşüb. Yunanıstan və İngiltərə əlaqələrinin müzakirə edildiyi görüşdə Avropa təhlükəsizliyi, miqrasiya problemi, iqlim böhranı, Yaxın Şərqdəki son hadisələr də dəyərləndirilib.
Afina Akropolunun bir hissəsi olan Elgin Mərmərləri Londondakı Britaniya Muzeyində yerləşir. 1800-cü illərin əvvəllərində İstanbulda səfir olan Lord Elgin heykəlləri və qabartmaları araşdırmaq və araşdırma aparmaq üçün icazə alaraq mərmərləri İngiltərəyə aparıb.
Afina uzun illərdir ki, mərmərlərin qaytarılmasını istəyir.
Mitsotakis ötən gün bildirib ki, Elgin Mərmərləri Yunanıstana geri göndərilməlidir. Yunanıstanın baş nazirinin Sunakla görüşündə məsələni gündəmə gətirəcəyi bildirilib.
Gununsesi.info