Britaniya Venesuela ilə mübahisəli Essequibo bölgəsinə görə keçmiş müstəmləkəsi olan Qayanaya dəstək olmaq üçün Qayana Kral Donanmasına gəmi göndərib.
Gununsesi.info bildirir ki, bu barədə Britaniya mətbuatı krallığın Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Britaniya rəsmisinin sözlərinə görə, gəmi ayın sonuna qədər Qayana sahillərinə çatacaq.
“HMS Trent, bu ayın sonunda Atlantikada patrul xidməti zamanı bölgədə bir sıra döyüş təlimləri çərçivəsində regional müttəfiqi və Birlik tərəfdaşı Qayanaya səfər edəcək”, – deyə o bildirib.
HMS Trent gəmisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində dekabrın əvvəlindən Karib dənizində patrul edir.
Venesuela ilə Qayana arasında Essequibo bölgəsi ilə bağlı mübahisə Qayana müstəqillik əldə etməzdən əvvəlki dövrə gedib çıxır.
İngilis müstəmləkə dövründə Essequibo çayı 1899-cu il sərhəd arbitraj qərarı ilə Qayananın qərb sərhədi olaraq təyin edildi.
Lakin 1966-cı ildə müstəqillik qazanan və 1970-ci ildə Millətlər Birliyinə qoşulan Qayana bu sərhədi tanımır və Essequibonu özününkü hesab edirdi.
Hal-hazırda Essequibo bölgəsi və ya Guyana-Essequibo kimi tanınan bölgə müasir Qayana Respublikasının qərbində, Essequibo çayı hövzəsində mübahisəli ərazidir.
Bu bölgənin təbii sərvətlərlə son dərəcə zəngin olduğu qeyd edilir.
Gununsesi.info