İki ölkə razılaşdı: Ayda atom elektrik stansiyası tikəcəklər

  • By admin
  • 06 Mart 2024 15:07

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) direktoru Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda atom elektrik stansiyası tikməyi planlaşdırırlar.

Gununsesi.info xəbər verir ki, Borisov Çinlə Ayda birgə tədqiqatlar üçün müqavilə imzaladıqlarını da bildirib.

Rusiyada keçirilən Beynəlxalq Gənclər Festivalında çıxış edən Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) direktoru Yuri Borisov Çinlə birgə planlaşdırdıqları kosmik layihələrindən danışıb.

“Biz 2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthində nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk”, – deyə o bildirib.

Borisov layihənin radiasiya riskinə qarşı robot texnologiyalarından istifadə etməklə həyata keçirilməli olduğunu bildirib və əlavə edib ki, nüvə obyektinin yaradılmasına heç bir texnoloji maneə yoxdur.

Gununsesi.info