“İki övladım var, işsizəm, Məşğulluq Agentliyi 3 ildir məni süründürür” - DMA Zərdabda kasıblara deyil, yalnız bəzi imkanlı şəxslərə mal -qara paylayır (ŞİKAYƏT)

  • By admin
  • 10 Sentyabr 2021 14:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində olan Dövlət Məşğulluq Agentliyinin 19 saylı ərazi Məşğulluq Mərkəzi filialı özbaşnalıqla məşğuldur. 

Bu haqda Avropa.info-ya müraciətində Zərdab rayonu Xanməmmədli kənd sakini Bəşirov Nurlan Rafiq oğlu bildirir. Şikayətçinin dediyinə görə, 3 ildir Dövlət Məşğulluq Agentliyinin “Özünə məşğulluq proqramına” qoşulmaq üçün müraciət etməsinə baxmayaraq, onun tələbi  qanuna zidd olaraq yerinə yetirilmir.

“17.12.2019 – cu il tarixdə Zərdab rayon Məşğulluq Agentliyinə “Özünə məşğulluq proqramına”qoşulmaq üçün müraciət etmişəm. Ailəliyəm, 2 uşağım var, onlardan biri məktəblidir. Nə ailəm, nədə ki, özüm heç yerdə işləmirəm. Məqsədim ondan ibarət olub ki, Məşğulluq Agentliyi mənə iribuynuzlu və ya xırda buynuzlu heyvanlar verməklə məni məşğulluğa cəlb etsin. Lakin 3 il ərzində Zərdab rayon Məşğulluq idarəsi mənim sorğuma müsbət cavab verməmişdir. Bu müddət ərzində bir neçə dəfə həmin idarədə rəhbərlik dəyişmiş və yeni rəhbərlik nöqsanı əvvəlki rəhbərliyin üstünə artmışdır.

Bir Nurlan Bəşirli görseli olabilir

ŞİKAYƏTÇİ NURLAN BƏŞİROV

Qeyd edim ki, yaşadığım Zərdab rayonunda bir neçə nəfərə bu müddətdə qanunsuz olaraq iri buynuzlu heyvanlar verilmişdir. Həmin şəxslərin maşını, mal-qarası və bəzilərinin isə hətta dövlət idarələrində işi vardır. Sual olunur ki, Zərdab rayonun Məşğulluq idarəsinin həmin şəxslərə səxavəti nədən irəli gəlir? Çoxsaylı müraciətimizdən, sosial şəbəkədə çıxışlarımızdan sonra Azərbaycan Respublikasının əmək və əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq mərkəzi filialının əməkdaşları 01.07.2021- ci il tarixdə validiyenlərimin fərdi təsərrüfatlarında ilkin monitorinq aparmışlar. Monitorinq zamanı həyətdə 2 baş inək aşkarlanmışdır. Qeyd edim ki, həmin inəklər ayrıca evi olan qardaşım Bəşirov Dəyanət Rafiq oğluna məxsusdur. Onun tövləsi olmadığına görə hələlik inəklər bizim tövlədə saxlanılır. Xatırladım ki, qardaşım Bəşirov Dəyanət təzəcə tikdirdiyi evinə köçüb tövlə tikməyə hələ imkanı yoxdur. Mən isə digər qardaşım Bəşirov Ariz və valideynlərimlə bir evdə yaşayıram.

İmkanım olmadığından ev tikdirə bilmirəm. Monitorinq zamanı evdə yalnız qoca anam olub. Mən tələb edirəm ki, 2019-cu ildən bəri Zərdab rayonunda ayrı-ayrı şəxslərə verilmiş mal-qaranın təyinatı yoxlanılsın və o zaman məlum olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Zərdab Məşğulluq idarəsinin qeyri-qanuni fəaliyyəti məlum olar. Çox təəsüflər olsun ki, Dövlət Məşğulluq Agentliyinin 19 saylı ərazi Məşğulluq Mərkəzi filialının əməkdaşları monitorinq apararkən hərtərəfli araşdırma aparmadan, monitorinqin nəticələrini dərk etməyən şəxslərdən sorğu alınır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentleyinin 19 saylı ərazi Məşğulluq Mərkəzi filialına müraciət edirəm ki, mənim hüquqlarımın təmin olunması üçün əməli addımlar atsınlar”, – deyə Nurlan Bəşirov qeyd edib.

PS. Məsələylə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gununsesi.info