İki prezident Rihannanı bölüşə bilmədi -FOTO

  • By admin
  • 21 Mart 2018 09:43
Məşhur pop ulduzu Rihanna təhsil zirvəsində Fransa prezidenti Emmanuel Makron və Seneqalın prezidenti Maki Sall ilə görüşüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Seneqaldakı təhsil sistemini inkişaf etdirmək istəyən müğənni geyimi və Makronla olan səmimiliyi ilə diqqət çəkib.
Son zamanlar sosial və siyasi mözularla daha çox gündəmə gələn Rihannanın təşkilatçılığı ilə Dakarda keçirilən təhsil zirvəsinə Fransa da ortaq olub və prezident Makron təhsilin inkişafı üçün yaradılan fonda 200 milyon avro ayıracağını açıqlayıb.
Tədbirdə çıxış edən müğənni başda Böyük Britaniyanın baş naziri Tereza Mey olmaqla bir çox ölkələrin dövlət başçılarına çağırış edərək, təhsil və sənət sahələrinə daha çox diqqət ayırmalarını istəyib. Müğənni bir yandan çıxışı ilə həm siyasətçilərin, həm də tədbir iştirakçılarının rəğbətini qazanarkən, digər tərəfdən siyasətçilərlə görüşü zamanı Seneqal və Fransa prezidentlərinin onu adətən bölüşə bilməməsini göstərən foto ictimaiyyətin marağına səbəb olub və dünya mediasının manşetlərinə düşüb.