Səudiyyə Ərəbistanında sosial şəbəkələrdə bağlı cəza alanların sayı artır.
Dünən iki qadının hər biri məhkəmənin qərarı ilə şallaq cəzasına məhkum ediliblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə paytaxtı Ər-Riyadda yaşayan iki qadın WhatsApp-da yazışarkən bir-birlərini təhqir ediblər, söyüblər.
Qadınlardan biri məhkəməyə şikayətlənib.
Məhkəmə isə söyəni və söyüləni cəzalandırıb.
Qadınların hər birinə 10 şallaq vurulacaq.
Son 6 ayda Səudiyyə Ərəbistanında 220 nəfər sosial şəbəkələrdəki fəaliyyətləri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub.
Gununsesi.info