
Hindistanda 14 il öncə iki qadına təcavüz etməkdə ittiham edilən aktyor, müğənni və rejissor Qurmet Ram Rahim Sinq 20 il həbs cəzası alıb.
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, məhkəmə prosesi Haryana ştatında keçirilib.
Xatırladaq ki, bir neçə gün öncə Sinq saxlanılarkən qərara etiraz edən minlərlə fanatı küçələrə axışmışdı. Polislərlə baş tutan toqquşma nəticəsində 38 nəfər ölmüş, 200 nəfər isə yaralanmışdı.
Gununsesi.info