
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin məhkəməsi başlayıb.
Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfinin qadınlar ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 17-də davam etdiriləcək.
Qeyd edək ki, adıçəkilən qadınlar vətəndaş Bəhruz Nağıyevdən 400 min manat alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilirlər. B.Nağıyevin təqsirləndirilənlərdən biri, T.Əkbərli ilə yaxın münasibəti olub.
Gununsesi.info