İtaliyanın şimalında Bolonya-Rimini dəmir yolu xəttində iki qatarın toqquşması nəticəsində 17 nəfərin yaralandığı bildirilib.
Gununsesi.info xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadasının X hesabında paylaşdığı məlumata görə, Faenza və Forli arasındakı Bolonya-Rimini xəttində yüksək sürətli qatarla regional qatar toqquşub.
İtaliyanın ANSA xəbər agentliyi onu da qeyd edib ki, ilkin məlumatlara görə, axşam saatlarında baş verən qəzada 17 nəfər xəsarət alıb.
İtaliya Dövlət Dəmir Yolları qəzaya görə xüsusilə Castelbolognese-Forli dəmir yolu xəttində bütün xidmətlərin dayandırıldığını bildirib.
İtaliyada avqustun 31-də Turin-Milan dəmir yolunda qatarın gecə işləyən işçiləri vurması nəticəsində 5 işçi həlak olub.
Ötən ilin aprelində Florensiya şəhəri yaxınlığında yük qatarının relsdən çıxması səbəbindən ölkədə dəmir yolu nəqliyyatında böyük fasilələr yaranmışdı.
Gununsesi.info