İki rayonun sakinindən narkotik götürüldü

  • By admin
  • 28 Mart 2017 13:54

narkotik
Azərbaycanda ayrı-ayrı şəxslərdən xeyli miqdarda narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Qaraçala kəndində yaşayan Elşən Məmmədovun evinə baxış zamanı 3 kiloqram 555 qram tiryək, 2 kiloqram 508,69 qram marixuana, 10 qram çətənə toxumu, 4 ədəd avtomat patronu və 1 bıçaq aşkar edilərək götürülüb.

Eyni zamanda Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Cəfərovdan 10,105 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Anar
Gununsesi.info