İki rusiyalı multimilyonerdən ŞOK fırıldaqçılıq cəhdi: Bu yolla Moldovadan vətəndaşlıq almaq istəyiblər

Moldovada Dövlət Xidmətləri Agentliyi 2022-2023-cü illər ərzində fırıldaqçılıq yolu ilə ölkə vətəndaşlığını almaq üçün təxminən 30 cəhd qeyd alıb, Bildirilir ki, bu cəhdlərdən ikisi rus milyonçusuları tərəfindən edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə agentliyin direktoru Mirça Eşanu Moldovanın “Jurnal TV”nin efirində danışıb.

Onun sözlərinə görə, bu cür saxtakarlıq sxemlərinə adətən vətəndaşlıq əldə etmə proseduru ilə tanış olan Agentliyin keçmiş və ya indiki əməkdaşları cəlb olunur.

Bir qayda olaraq, vətəndaşlıq üçün müraciət edən şəxs iddia edir ki, onlar, məsələn, 1937-ci ildə Moldovanın hansısa kəndində anadan olmuş şəxsin qızı və ya nəvəsidir və köçüblər və ya deportasiya olunublar.

“İşdə o, İkinci Dünya Müharibəsindən əvvəl doğulmuş şəxsin ölüm şəhadətnaməsini deyil, sadəcə doğum haqqında şəhadətnaməni təqdim edir və onların nəsli olduğunu iddia edir. Rusiyadan gətirilən işdəki bəzi sənədlərin saxta olduğu üzə çıxır”, – deyə Esanu əlavə edib.

O bildirib ki, rusiyalı multimilyonerlərin Moldovanın vətəndaşlığını almaq istəməsi ilə bağlı son dərəcə maraqlı hallar da var.

“Hazırda adları çəkə bilmərəm, çünki xüsusi tədbirlər görülür… Biz dəqiq bilirik ki, bu, saxtakarlıqdır, biz artıq onlara vətəndaşlıq verməkdən imtina etmişik”, – Eşanu qeyd edib.

O, fırıldaq yolu ilə Moldova vətəndaşlığını almaq istəyən Rusiya və Özbəkistandan olan iki multimilyoner maqnatın işi ilə şəxsən tanış olduğunu bildirib. Agentlik deirektoru qeyd edib ki, istintaq başa çatdıqdan sonra bu hallar ictimaiyyətə açıqlanacaq.

Əvvəllər Moldova hakimiyyəti ruslardan vətəndaşlıq almaq üçün müraciətlərin sayının kəskin artmasının öhdəsindən gəlməkdə çətinlik çəkdiklərini bildirirdi.

Moldova prezidenti Maya Sandu bildirib ki, ölkəsi Rusiyadan gələn sabitliyin pozulması risklərindən qorunmağa çalışır, lakin zəifliklər hələ də qalmaqdadır.

Sandu xatırladıb ki, o, Rusiyanın bu ilin yazında, prezident seçkiləri ərəfəsində seçki kampaniyasının qızğın vaxtında ölkədə sabitliyi pozmaq cəhdlərini gözləyir.

Gununsesi.info