İki şəhidə Milli Qəhrəman adı verilə bilər

  • By admin
  • 19 May 2020 18:55
Azərbaycan Bayrağı ordeni ilə təltif edilən 2 Kəlbəcərli Şəhidə Milli Qəhrəman adı verilə bilər.
Gununsesi.org xəbər verir ki, bu təşəbbüslə Kəlbəcər Yolu İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Əziz Qənbərov çıxış edib. O, Azərbaycan Bayrağı ordeni ilə təltif edilən Şəhid Zahid Musayevin anım günündə Gəncə şəhər Yeni Qəsəbə 1-də Şəhidlər abidəsinin önündə çıxış zamanı bildirib ki, Kəlbəcər rayonunda onlarla Milli Qəhrəman adına layiq olan vətən fədailəri var. Ancaq hazırda dövlət tərəfindən yalnız iki şəhidimiz bu ada layiq görülüb. Əziz Qənbərov hazırda qəhrəmanlıqları tam təsdiq edilmiş iki şəhidimizə, Ülfət Kərimova və Zahid Musayevə Milli Qəhrəman adının verilməsi üçün dövlət başçısı İlham Əliyevə müraciət üçün imza toplanacağını bildirmişdi.

Gununsesi.org