İki sənədsiz silah aşkarlandı

  • By admin
  • 05 May 2017 11:37

turac-ov-tufengleri

Göytəpə şəhər sakinindən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göytəpə şəhər sakini Əmrah Zülfüqarovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Anar

Gununsesi.info