

İki təyyarə toqquşdu, xoşbəxtlikdən xəsarət alan yoxdur.
Gununsesi.info “The Times Of India”-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Hindistanın Mumbay beynəlxalq hava limanında “İndiGo” aviaşirkətinə məxsus Airbus A-320 təyyarəsi ilə “Kuwait Airways” aviaşirkətinə məxsus Airbus A-320 təyyarəsi uçuş-eniş zolağında toqquşub.
Belə ki, “Kuwait Airways” aviaşirkətinə məxsus Airbus A-320 təyyarəsi Mumbay hava limanına eniş edib dayanmaq istəyərkən, “IndiGo” aviaşirkətinə məxsus təyyarəyə dəyib.
Nəticədə təyyarənin qanadı və bortu zədələnib.
Gununsesi.info