İki uşaq anası atası evində intihar etdi

Cəlilabadda iki uşaq anası intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

HTML tutorial

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü S.Niftiyeva öz ata evində tövlədə özünü asıb.

Məlumata görə, qadın bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edərək, atası evinə gəlibmiş. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info