İki uşaq dərmandan, 2 NƏFƏR İSƏ SPİRTLİ İÇKİDƏN ZƏHƏRLƏNDİ

  • By admin
  • 28 İyun 2017 13:08

zeher

“Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub”.

Gununsesi.info xəbər verir ki, bu barədə report-a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: “Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər”

A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: “Onlar spirtli içkidən zəhərləniblər”.

Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.

Gununsesi.info