İki uşaqlığı olan çinli qadın əkiz uşaqları uğurla daşıyıb dünyaya gətirib.
Gununsesi.info xəbər verir ki, bu barədə South China Morning Post yazır.
Şansi əyalətindən olan Li soyadlı qadın anadangəlmə patologiyaya – iki cüt yumurtalıqlı iki uşaqlıq yolunun olmasına baxmayaraq, əkizlərə hamilə qalmağı bacarıb.
Yanvar ayında həkimlər hər iki uşaqlıq yolunda bir dölün inkişaf etdiyini deyiblər.
Qadın hər iki uşağı 37 həftəyə (8,5 aya) qədər daşımağı bacarıb.
Sentyabrda Li oğlan (3,3 kiloqram) və qız(2,4 kiloqram) dünyaya gətirib. Doğuş qeysəriyyə əməliyyatı ilə baş tutub.
Bildirilir ki, uşaqların hər ikisi sağlamdır.
Mütəxəssislər qeyd edir ki, iki uşaqlıq yolu olan qadınlarda aşağı düşmə, vaxtından əvvəl doğuş, fetusun inkişaf etməməsi və doğuşdan sonra qanaxma riski var.
Daha əvvəl iki uşaqlıq yolu olan bir ABŞ qadınının da əkiz uşaqları daşıdığı və dünyaya gətirdiyi bildirilmişdi.