İki xanım jurnalist istintaqa çağırıldı

Jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova Abzas Media-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində BŞBPİ-yə çağırılıb.

Xatırladaq ki, noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Abzas Media-nın direktoru Ülvi Həsənliyə 4 ay, baş redaktoru Sevinc Vaqifqızına isə 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri verilib. Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.

 

 

Gununsesi.info