İkimərtəbəli obyekt və altındakı maşınlar yandı

Gəncə şəhərində güclü yanğın olub.

Gununsesi.info xəbər verir ki, şəhər ərazisində ümumi sahəsi 240 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və 1-ci mərtəbəsində “VAZ” markalı 2 minik avtomobili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info