İkinci finalçı da məlum oldu - TÜRKİYƏ KUBOKUNDA

  • By admin
  • 18 May 2017 07:43

turkiya kuboku

Türkiyə kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Gununsesi.info  məlumat verir ki, ikinci yarımfinalın cavab matçında “Başakşəhər”lə “Fənərbaxça” qarşılaşıblar.

İlk görüşdən 2:2 hesablı bərabərliklə ayrılan komandaların oyunu bu dəfə də gərginliklə yadda qalıb. “Başakşəhər” iki dəfə hesabda önə keçsə də, sona qədər üstünlüyünü qoruya bilməyib. 90 dəqiqəsi ilk oyunda olduğu kimi 2:2 bitən qarşılaşmanın uzatma dəqiqələrində də hesab dəyişməyib.

Qalibi və finalçını müəyyən etmək üçün penalti vuruşlarına ehtiyac yaranıb. Maraqlıdı ki, “lotoreya” da gərgin keçib. Qarşılıqlı zərbələri dəqiq yerinə yetirən komandalar 10-cu vuruşa kimi davam ediblər. Yekunda yanlışlığa ilk yol verən “Fənərbaxça” olub.

“Başakşəhər” 10:9 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, ilk finalçı “Konyaspor” olmuşdu.

Gununsesi.info