Bu gün Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsində ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib. Gununsesi.info-nun məlumatına görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
Gülnaz Qənbərli